Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə
Tunis xalqı adından
və şəxsən
öz adımdan səmimi təbriklərimi
çatdırıram.
Sizə möhkəm
cansağlığı və
xoşbəxtlik, dost Azərbaycan
xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.
Mən, həmçinin
fürsətdən istifadə
edərək, dost xalqlarımızın
qarşılıqlı marağı
naminə ikitərəfli
münasibətlərimizi daha
da inkişaf etdirmək üçün
Zati-alinizlə birgə
işləmək arzusunda
olduğumu bildirməkdən
məmnunluq duyuram.
Hörmətlə,
Beji Kaid əs-Sebsi
Tunis Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 22 iyun.-
S.1.