Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə mənim səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz. Sizə və yeni hökumətinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, Estoniya və Azərbaycan arasında mükəmməl münasibətlər və əməkdaşlıq ölkələrimizin mənafeyi naminə möhkəmlənməkdə və uğurla inkişaf etməkdə davam edəcəkdir. Həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq və birgə dəyərlər əsasında möhkəmlənməsinə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

Yuri Ratas

Estoniya Respublikasının Baş naziri

 

Azərbaycan.- 2018.- 22 iyun.- S.1.