Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib

 

İyunun 21-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolumövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq çıxış edərək konfransda olduqca məhsuldar müzakirələrin aparıldığını, faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulmasına səbəb olur. Hüquq bərabərliyi insan hüquqlarının ali prinsipi hesab edilməlidir. Hüquqi, demokratik və vətəndaş cəmiyyəti quruculuğu yolunu tutan dövlətlərdə insan hüquq və azadlıqları milli prioritet məsələdir.

Konfransın yekununda Bəyannamə qəbul edilib.

Sənəddə bərabərlik ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin təbliğinə, dövlət yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən buna əməl edilməsinə dəstəyin verilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün iqtisadi hüquqi inkişafın dəstəklənməsi, ədalətli bir dünya üçün davamlı tərəqqinin, sosial inkişafın ətraf mühitin qorunmasının təşviqinin heç kəsin bu inkişafdan kənarda qalmaması üçün birgə fəaliyyətin zəruriliyi, ombudsmanların, milli insan hüquqları təsisatlarının bərabərlik ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə əməl edilməsi məqsədilə monitorinq qiymətləndirmənin aparılmasında, vətəndaş cəmiyyətinin bu prinsiplərin təbliği prosesində yaxından iştirakının təşviqinin, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini cəlb etməklə birgə tədbirlərin keçirilməsinin önəmi kimi məsələlər öz əksini tapıb.

Həmçinin Bəyannamədə universal regional beynəlxalq təşkilatlarla, BMT onun ixtisaslaşdırılmış təsisatları ilə, Avropa Şurası, Avropa İttifaqı, ATƏT digər təşkilatlarla, həmçinin milli insan hüquqları qurumları, saziş qurumları ilə əməkdaşlığın genişləndirilməsi hüquq bərabərliyinin təmin olunmasına yönəlmiş bir¬gə layihələrin təşviq olunması, hüquqların bərabər təmininə təhlükə yaradan halların, o cümlədən müharibə, hərbi münaqişə, soyqırımı, terrorizm, ksenofobiya islamofobiya hallarının qarşısının alınması, onların dinc yolla həll olunması nəticələrinin aradan qaldırılmasına yönəlmiş çevik proqramların hazırlanması dövlət tərəfindən həyata keçirilən tədbirlərə, beynəlxalq təşəbbüslərə dəstək verməklə milli insan hüquqları təsisatlarının, vətəndaş cəmiyyətinin, bütün əhali qruplarının imkanlarının səfərbər edilməsi, əsas insan hüquqlarının, vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni, o cümlədən kollektiv hüquqların hər hansı bir əlamətə görə heç bir ayrı-seçkiliyə yol vermədən hərtərəfli təmin olunması sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələləri yer alıb.

 

Azərbaycan.- 2018.-22 iyun.- S.5.