Baş nazirin yanında
pambıqçılığın inkişafı ilə əlaqədar
müşavirə keçirilib
İyunun 22-də Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədovun
yanında pambıqçılığın inkişafı
ilə əlaqədar qarşıda duran bəzi məsələlərə
həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkədə
pambıqçılığın inkişafında məhsuldarlığın
artırılmasının təmin edilməsi barədə
tapşırıqlarından irəli gələn bir sıra
vacib məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Müşavirənin yekununda
Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə
dair aidiyyəti qurumların rəhbərlərinə
müvafiq tapşırıqlar verib.
Azərbaycan.-
2018.- 23 iyun.- S.2.