Sloveniya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Borut Pahora
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Dövlətçilik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Sloveniya xalqına
sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 iyun 2018-ci il.
Azərbaycan.- 2018.-24 iyun.-
S.1.