A.A.Əlizadənin Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının
Nizamnaməsi”nin 9.2-ci bəndinə
uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi
yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti seçilmiş
Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 iyun 2018-ci il
Azərbaycan.- 2018.-24 iyun.-
S.2.