“Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
hökumətlərarası Dövlət Komissiyasının
tərkibinin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 avqust tarixli 1638 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə hökumətlərarası
Dövlət Komissiyasının
tərkibinin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 avqust tarixli 1638 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 8, maddə 723; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə
589; 2012, ¹ 2, maddə 126; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə
644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə
79) 1-ci hissəsi ilə
yaradılmış komissiyanın
tərkibi aşağıdakı
redaksiyada verilsin:
“Komissiyanın
sədri
Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidməti rəisinin müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının
Rusiya Federasiyasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişikliklər
barədə Rusiya Federasiyası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2018-ci il
Azərbaycan.- 2018.-26 iyun.-
S.2.