Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov son mənzilə yola salınıb

 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, “Şöhrətordenli Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, mərhumla vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Məzarın önünə Azərbaycan Respublikası Prezidentinin və müxtəlif hökumət təşkilatlarının kollektivləri adından əklillər qoyulmuşdu.

Dəfn mərasimində çıxış edən Baş nazirin müavini Hacıbala Abutalıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailəsinin adından mərhumun doğmalarına başsağlığı verdi.

Baş nazirin müavini bildirdi ki, Yavər Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.

Mərhumun oğlu Elşən Camalov atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi. O, dəfn mərasimində iştirak edənlərə də ailəsi adından minnətdarlığını bildirdi.

Qeyd edək ki, Yavər Camalov 1949-cu il oktyabrın 17-də Sabirabad rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Həmin ilSiyəzənneftNeft Qaz Çıxarma İdarəsinin operatoru, 1973–1995-ci illərdəŞirvanneftNeft Qaz Çıxarma İdarəsində müxtəlif vəzifələrdə işləyib. 1995–2003-cü illərdə ARDNŞ-in “Quruda Neft Qaz Çıxarmaİstehsalat Birliyinin, 2003–2006-cı illərdəAzneftİstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 mart tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilən Yavər Camalov ömrünün sonunadək bu vəzifədə işləyib.

Ölkəmizin müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Yavər Camalovun özünəməxsus xidmətləri var. Bu vəzifədə çalışdığı müddətdə nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb keyfiyyəti yüksəlib, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.

Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndisfəxri adına layiq görülüb müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olanŞöhrətordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2018.-26 iyun.- S.3.