Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizinlə bu il mayın 15-16-da Bakıda baş tutan görüşümüzü böyük məmnunluq hissi ilə xatırlayıram. Bizim kənd təsərrüfatı sahəsində çalışan sahibkarlardan ibarət nümayəndə heyətimizin ölkənizə səfəri çox səmərəli keçdi. Əməkdaşlığımızı bundan sonra da davam etdirməyə və dərinləşdirməyə ümid edirik.

Sizə olan davamlı dəstəyimi və ən xoş arzularımı bildirirəm.

Dərin hörmət və səmimiyyətlə,

 

Rene Van der LİNDEN,

Niderland Krallığı Senatının sabiq sədri,

Avropa Şurası Parlament Assambleyasının fəxri sədri,

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

 

Azərbaycan.- 2018.- 26 iyun.- S.3.