Rusiya Federal Məclisi Dövlət Dumasının sədri
ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə
olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət
Dumasının sədri Vyaçeslav Volodin iyunun 25-də Fəxri
xiyabanda xalqımızın ümummilli lideri, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı
önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki,
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti
Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini yad edib, məzarları
üzərinə güllər düzüb.
Vyaçeslav Volodin “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür
nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini
seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi,
şəhərdə aparılan abadlıq-quruculuq işləri
barədə məlumat verilib.
Azərbaycan.-
2018.-26 iyun.- S.3.