Murad örnəyi

 

“Muradın ruhuna tapınıb ondan qüvvət alırıq. O, cismən yanımızda olmasa da, hər zaman xatirimizdə yaşayır və bizə güc verir. Murad bizim muradımızdır”. Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Aprel savaşında şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevin ömür gün yoldaşı Fizzə Mirzəyevə onun haqqında danışarkən belə deyir...

Məlum Aprel zəfəri bizə həm də qəhrəmanlarımızı tanıtdı. Onların timsalında bir daha Azərbaycan hərbçisinin peşəkarlıq və döyüş qabiliyyəti, vətən sevgisi və yenilməzliyi haqqında dolğun təəssürat yarandı. Aprel zəfərindən tanıdığımız belə igidlərdən biri xüsusi təyinatlı Azərbaycan zabiti Murad Mirzəyevdir. O, peşəkarlıq və çevikliyi ilə düşməni qorxuya salan, onlara sarsıdıcı zərbə endirən Azərbaycan Ordusunun yetişdirdiyi peşəkar hərbçilərdən idi.

Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi ərəfəsində Murad Mirzəyevin ailəsinə baş çəkdik. 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində dünyaya göz açan Muradın hərb sahəsində ilk addımları Azərbaycanın ən ağır günlərinə - yenicə müstəqillik qazanan Azərbaycan dövlətinin, onun ərazi bütövlüyünün ciddi sınaqlarla üzləşdiyi bir zamana təsadüf edir. O, valideynlərinin xeyir-duası ilə 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur və 1994-cü illərdə oranı bitirir. Liseydə oxuduğu müddətdə Azərbaycan torpaqlarının işğal olunması, itkilərimiz, bir yandan da ölkə daxilində baş alıb gedən özbaşınalıq, xaos hərbi liseyin kursantı kimi Muradı da çox narahat edirdi. Elə o zaman özünə söz vermişdi ki, peşəkar hərbçi olub düşməndən qisasını alacaq...

Murad həm də yaxşı başa düşürdü ki, düşməndən qisas almaq üçün fiziki cəhətdən sağlam olmaqla bərabər, savadlı və peşəkar olmalıdır. Ona görə yorulmadan çalışır, hərbi bilik və bacarıqlarını gündən-genə inkişaf etdirirdi. Hərbi liseyi bitirdikdən sonra təhsilini Türkiyədə ali hərbi məktəbdə davam etdirdi. 1998-ci ildə də oranı müvəffəqiyyətlə başa vurub Amerika Birləşmiş Ştatları, Rumıniya, İordaniyabaşqa ölkələrdə hərbi təlimlərdə iştirak etdi, xüsusi kurs keçdi. Peşəkar zabit kimi vətənə dönüb xidmətə başladı. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sayılıb seçilən komandirlərindən oldu. İndibir yerdə oxuduğu türkiyəli zabitlər Murad haqqında ağızdolusu danışır, tez-tez ailəsinə baş çəkirlər.

Fizzə xanım deyir ki, Murad peşəsini sevdiyi qədər də ailəsini də sevirdi. Heç bir şeyi diqqətdən kənarda qoymazdı: “12 il idi ki, ailə qurmuşduq. O, hərb sənətini mənə də, azyaşlı övladlarına da sevdirə bilmişdi. Hər dəfə əməliyyata, təlimlərə gedəndə mənim üçün nə qədər kədərli olsa da onu böyük həvəslə yola salıb sonsuz ümidlə  gözləyirdik. Muradın hər dönüşü bizim üçün bayram olardı və artıq buna öyrəşmişdik”.

Fizzə xanım danışdıqca kövrəlir, ən böyük ayrılıqlarının Muradın təlimlərə getdiyi zaman - təxminən 3-4 ay olduğunu deyir. Heç ağlına da gəlməzmiş ki, 2016-cı il mart ayının 28-də Muradın ailəsi ilə vidalaşıb yollandığı ayrılıq onlar üçün ömürlük olacaq. Həmin vaxtdan 3 gün sonra - martın 31-də Muradın  40 yaşı tamam olanda ailəsi onu telefonla təbrik edib. Amma Murad zarafatyana 40 yaşın sehirli, təlatümlü olduğunu deyibömür-gün yoldaşına övladlarından müğayat olmağı tapşırıb. Amma o, təbii ki, ağır döyüşə atıldığını deməmişdi ki, ailəsi narahatlıq keçirməsin.

Artıq aprelin ilk günləri idi. Ermənilər Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edir, sərhədyanı kəndləri, dinc sakinləri, yaşayış evlərini ağır artilleriyadan atəşə tuturdular. Onlar Ağdərə-Tərtər-Ağdam Xocavənd-Füzuli istiqamətlərində təxribatlar törədirdilər.

Şahidlərin dediyinə görə, Murad Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı dəstə əks-həmlə zamanı xüsusilə fərqlənirdi böyük məsafə qət edərək düşmənin onlarla postunu zərərsizləşdirir, xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edirdilər. Dəstənin önündə Muradın getməsi, döyüşə birinci atılması digər zabit yoldaşları əsgərlərdə böyük ruh yüksəkliyi yaradır, qələbə əzmini qətiləşdirdi. O, son nəfəsinə qədər döyüş meydanından geri çəkilmir qəhrəmancasına şəhid olur.

Bu gün Murad Mirzəyevin ocağında iki övladı - Nurlan Dəniz böyüyür. Onlar atalarından kiçik yaşlarından ayrılsalar da, birlikdə şirin xatirələri çoxdur. Uşaqlar bu xatirələri bölüşməkdən yorulmurlar həm analarının öyrətdiyi kimi, heç vaxt ataları haqqında keçmiş zamanda danışmazlar. vaxtsa onlarınataları gələcək, övladlarının danışıqlarını eşidəcək əhsən deyəcəkkimi  düşüncələr balacaların xəyallarına bir az da sevinc qatır.

Nurlanın artıq doqquz yaşı var, ən şirin mövzusu hərb işi haqqındadır, tez-tez özü üçün hərbi formalar sifariş verir. Diribaş uşaqdır, deyir atam kimi komandir olacam: “Əlimə avtomat alıb erməniləri ödürəcəm, onlar atamı bizdən ayırıb, torpaqlarımızı işğal ediblər”.

Anası da oğlunun istəyinin əksinə getməyəcəyini,  Nurlanda o gücü, potensialı gördüyü halda dəstək olacağını deyir: “Hərb işi çətin peşədir, əgər Nurlan bunu dərk edib hərbçi olmaq istəsə, mütləq ona dəstək olacam”.

7 yaşlı Dəniz isə hələ peşəsini seçməyib, amma  o da qardaşı kimi dərslərini əla oxuyur...

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2018.-26 iyun.- S.8