“Azərbaycan
Milli Ordusunun 100 illiyi” münasibətilə yeni
poçt markası dövriyyəyə
buraxılıb
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
“Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni
poçt markası hazırlanıb.
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a
verilən məlumata görə, poçt
markası Azərbaycan Xalq Cümhuriyyəti
və Milli Ordumuzun 100
illiyinə həsr olunub. Fransada
yüksək keyfiyyətlə nəşr olunan
markalar iyunun 26-da
dövriyyəyə buraxılacaq.
110x135 millimetr
ölçüsündə olan
markanın tirajı 3000 ədəd təşkil edir.
Markaları “Azərpoçt” MMC-nin poçt şöbə
və filiallarından, eləcə də “Şəbəkə”
xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Məlumat üçün
bildirək ki, Azərbaycanda 1919-cu ildə
dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə
həsr olunub.
Azərbaycan.- 2018.- 26 iyun- S.9.