Azərbaycan
Türkiyə hərbiçilərinin paradda
iştirakından məmundur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin
müdafiə naziri Nurettin Caniklini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı Türkiyədə keçirilən
seçkilər nəticəsində Rəcəb Tayyib Ərdoğanın
qələbəsi ilə bağlı təbriklərini
çatdıraraq qeyd etdi ki, bu, Türkiyə Prezidentinin rəhbərliyi
ilə son illər görülmüş işlərə
xalqın verdiyi qiymətin yüksək təzahürüdür.
Dövlətimizin başçısı Türkiyə
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və
qardaş Türkiyə hərbçilərinin Azərbaycan
Ordusunun yaradılmasının 100 illiyinə həsr
olunmuş paradda iştirakından məmnunluğunu qeyd etdi. Prezident
İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə, o cümlədən müdafiə
sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliyini ifadə etdi.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi Hulusi Akar və müdafiə naziri Nurettin Canikli
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırdılar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi və müdafiə naziri Azərbaycanda keçirilən
prezident seçkilərində dövlətimizin
başçısını qazandığı qələbə
münasibətilə təbrik etdilər və Azərbaycan
Ordusunun yaradılmasının 100 illiyinə həsr
olunmuş paradda iştirak etmələrindən şərəf
hissi duyduqlarını bildirdilər.
Söhbət zamanı əməkdaşlığımızın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Dövlətimizin başçısı Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2018.-28 iyun.- S.6.