Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Novruz Məmmədov    - Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov         - Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin müavini

Natiq Əmirov             - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri

Samir Şərifov             - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev       - Azərbaycan Respublikasının iqtisadiyyat  naziri

Elman Rüstəmov        - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

2. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 1031; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1545) 1-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2018-ci il

 

Azərbaycan. - 2018.-28 iyun.- S.6.