Bakıda
İsveçrənin milli bayramı qeyd edilib
İsveçrənin Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Konfederasiyasının
yaranması günü münasibətilə iyunun 27-də rəsmi
qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda
əvvəlcə Azərbaycanın və İsveçrənin
dövlət himnləri səsləndirilib.
İsveçrənin Azərbaycandakı
səfiri Filip Ştalder qəbulda çıxış edərək
ölkəsinin müstəqilliyinin tarixindən
danışıb. O, bu il Azərbaycanın müstəqilliyinin
100 illiyini qeyd etdiyini bildirib və bu münasibətlə
xaldımızı təbrik edib. Səfir ikitərəfli
münasibətlərdən danışaraq qeyd edib ki, hər
iki ölkənin prezidentlərinin görüşü əlaqələrimizin
inkişafına töhfə verir.
Xarici işlər nazirinin
müavini Ramiz Həsənov tədbirdə
çıxış edərək əlamətdar bayram
münasibətilə İsveçrə xalqını Azərbaycan
hökuməti adından təbrik edib. O, ölkələrimiz
arasında münasibətlərin inkişaf etdiyini bildirib, bu əlaqələrin
gələcəkdə daha da möhkəmlənəcəyinə
əminliyini ifadə edib.
Qəbulda rəsmi şəxslər,
Milli Məclisin deputatları, səfirlər, kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2018.- 28 iyun.- S.8.