Azərbaycan
əsgərinin böyük vətənpərvərlik
ruhu var
Silahlı
Qüvvələrin 100 illik yubileyi münasibətilə Bakının
Azadlıq meydanında keçirilən möhtəşəm
hərbi parad bütün
dünyaya bir daha göstərdi ki, Azərbaycan
heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü
bərpa etməyə tam qadirdir. Azərbaycan
dövləti ordu quruculuğunu
əsas prioritetlərdən biri hesab edir. Bunun
nəticəsidir ki, ordumuz
dünyanın ən güclü
orduları sırasındadır.
Biz -
yaşlı nəslin nümayəndələri bütün bunlardan daha çox qürur duyuruq. Çünki vətənimizin,
xalqımızın ağır günlər
yaşadığının çox şahidi olmuşuq. Mən
bu təntənəli paradı izlədikcə
gözlərim önünə keçən əsrin
sonlarında baş verən
acınacaqlı olayları gətirirdim. Azərbaycanlıların
Ermənistandakı dədə-baba yurdlarından vəhşicəsinə
qovulması, Qara Yanvarda
əliyalın insanların gülləbaran edilməsi,
Dağlıq Qarabağda, sərhədyanı
bölgələrdə baş verən
qanlı hadisələr, torpaqlarımızın 20 faizinin işğalı... Üstəlik,
ölkə daxilindəki çəkişmələr,
hakimiyyət uğrunda mübarizə vəziyyəti
daha da gərginləşdirirdi.
Hərbi paraddakı nitqində
möhtərəm Prezident, Ali Baş Komandan
İlham Əliyevin
vurğuladığı kimi, Azərbaycan
xalqı müdrik xalqdır və tarixinin həmin çətin məqamında da düzgün qərar qəbul
etdi. Ulu öndər
Heydər Əliyev böyük təkidlə
hakimiyyətə dəvət olundu. Bununla da Azərbaycan
xalqı öz nicatını tapdı. Azərbaycan
iqtisadiyyatı dirçəldi, cəbhədə atəşkəs
elan edildi, insanlar qəddini düzəltdi, ölkə
güclənməyə başladı.
Bugünkü gücümüz və yüksəlişimiz
həmin düzgün və uzaqgörən
siyasətin uğurla davam
etdirilməsindədir. Artıq 15 ildən çoxdur Prezident İlham Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində Azərbaycan güclənib,
qüdrətlənib, dünyada söz sahibi olub. Ötən illər ərzində ölkəmiz
böyük beynəlxalq layihələri
gerçəkləşdirib. İndi dünyada ən nəhəng layihələrdən
biri olan “Cənub qaz dəhlizi”ni həyata keçirməkdəyik.
Dövlət başçısı neft-qaz
sektorunda əldə olunan
gəlirləri insan kapitalına çevirib, iqtisadiyyatı şaxələndirib.
İqtisadi
imkanlarımız bizə ordumuzun gücünü də artırmağa imkan verib. Təsadüfi deyil ki, 2003-cü ildən
indiyədək hərbi xərclərimizi 15 dəfə
artıra bilmişik. Hərbçilərin
xidmət şəraiti getdikcə daha da yaxşılaşır. Neçə-neçə
yeni hərbi şəhərcik
yaradılıb, köhnələri isə əsaslı təmir
edilib.
Bu gün Azərbaycan Ordusu ən
müasir silahlarla və
texnika ilə təchiz olunub.
Bir çox hərbi təyinatlı
məhsulların məhz ölkəmizdə istehsal
olunması da Azərbaycanın gücünü göstərən amillərdəndir.
Son illər ərzində 20-dən
artıq hərbi zavod yaradılıb. Bu müəssisələrdə 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar
buraxılır. Azərbaycan artıq özünün
hərbi məhsullarını da ixrac etməyə başlayıb.
Azadlıq meydanındakı hərbi
parad düşmənə bir
daha sübut etdi ki, Azərbaycan Ordusu onun istənilən hərbi
və strateji obyektini
məhv edə bilər.
2016-cı ilin aprel döyüşlərində,
2018-ci ilin Naxçıvan əməliyyatında
işğalçılardan azad edilmiş torpaqlarımızda Azərbaycan
bayrağı dalğalandı. Bu
bayrağın tezliklə Şuşada,
Xankəndidə, Laçında, Kəlbəcərdə,
müvəqqəti işğal altında
olan digər bölgələrimizdə
qaldırılacağına da heç bir şübhə
yoxdur. Çünki biz təkcə hərbi gücə deyil, həm də böyük
vətənpərvərlik ruhuna malikik. Çünki Azərbaycan
dövlətinin müdrik
başçısı, Azərbaycan Ordusunun
güclü sərkərdəsi var. Azərbaycanın əsgər, zabit və generalları əsl qəhrəmanlıq
və rəşadət göstərərək strateji yüksəklikləri əldə
etmişlər. Odur ki,
bu gün ermənilərin
işğal edilmiş
torpaqlarımızda qazdıqları səngərlərdə
Azərbaycan əsgəri xidmət göstərir. Lələtəpədə,
Ağdərə dağlarında bayrağımız
ucalır.
Bizim - müharibə
və əmək veteranlarının, dünyanın çox gərdişini görmüş
yaşlı insanların, ağsaqqal və
ağbirçəklərin böyük qələbəmizin
heç də uzaqda
olmadığına şübhəmiz yoxdur.
Biz bir neçə gün bundan əvvəl keçirilmiş parada
baxdıqca böyük qələbə
paradımızı gözümüz
önünə gətirir, o xoşbəxt
günün tezliklə gələcəyini
arzulayır, dualar edirdik.
Cahangir NƏSİROV,
Müharibə,
Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
komissiya sədri
Azərbaycan.- 2018.- 29 iyun.- S.4.