Bilal
Dündar: “Azərbaycan
Silahlı Qüvvələri peşəkarlığına və
hərbi təchizatına görə ən müasir ordulardan
biridir”
Bu gün Azərbaycan Silahlı Qüvvələri
peşəkarlığına və hərbi təchizatına
görə ən müasir ordulardan biridir. Azərbaycan
Silahlı Qüvvələrinin nizam-intizamı,
hazırlıq və təchizat səviyyəsi Türkiyə
Ordusu ilə eynidir. İki qardaş və dost xalqın
orduları xalqlarımızın ümidi və ölkələrimizin
təhlükəsizliyinin təminatıdır.
Bu fikirləri Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyasının sədri Bilal Dündar
Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi
münasibətilə Bakıda keçirilmiş təntənəli
hərbi paradla əlaqədar AZƏRTAC-a
açıqlamasında deyib.
Bilal Dündar bildirib: “Əsgərlik
peyğəmbər ocağıdır” kəlamı
xalqlarımızın ordularımıza verdikləri böyük
önəmin göstəricisidir. Azərbaycan Ordusunun
yaradılmasının 100 illik yubileyi münasibətilə
Bakıda keçirilən təntənəli hərbi paradda
Türkiyə və Azərbaycan orduları
çiyin-çiyinə addımlayaraq bizə unudulmaz hisslər
yaşatdılar.
Türkiyənin milli müdafiə
naziri Nurəddin Canikli və Türk Silahlı Qüvvələri
Baş Qərargahının rəisi, ordu generalı Hulusi
Akarın hərbi paradı izləmək üçün
Bakıya səfər etmələri xalqlarımız
arasındakı qardaşlıq bağlarının ən
yüksək səviyyədə olmasının göstəricisidir.
Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk”
və “Türk Ulduzları” aviaqrupuna daxil olan qırıcı
təyyarələrin Bakı səmasında nümunəvi
uçuşları bu qardaşlığın daha bir təzahürü
oldu”.
Ulu öndərlər Mustafa
Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki
dövlət” kəlamlarının ölkələrimiz və
xalqlarımız üçün yol xəritəsi
olduğunu vurğulayan Bilal Dündar qeyd edib ki, Azadlıq
meydanında iki qardaş dövlətin Hərbi Hava, Quru və
Dəniz qüvvələrinin parad heyətlərinin təntənəli
marşla tribuna önündən keçmələri
dostlarımıza qürur, düşmənlərimizə isə
qorxu hissi yaşatdı.
Azərbaycan.- 2018.- 29 iyun.- S.5.