Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər tutaraq, “Hərbi
vəziyyət haqqında” Azərbaycan Respublikasının
2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun
tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹
2, I kitab, maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247,
1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774,
1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152,
162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734,
749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12,
I kitab, maddələr 2214, 2217, 2220, 2233,
2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19; Azərbaycan
Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli,
2018-ci il 1 fevral tarixli 981-VQD, 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli,
6 mart tarixli 1035-VQD və
1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1. 33.1.6-cı maddəyə
“fövqəladə şəraitdə” sözlərindən sonra “, yaxud hərbi vəziyyət
dövründə” sözləri əlavə edilsin.
2. 43.1-ci maddəyə “517-1,” rəqəmlərindən
sonra “517-2,” rəqəmləri əlavə
edilsin.
3. Aşağıdakı məzmunda
88.1.5-2-ci maddə əlavə edilsin:
“88.1.5-2. hərbi idarəetmə
orqanlarının vəzifəli şəxsləri - hərbi
vəziyyət rejiminin tələbləri
pozulduqda;”.
4. 89.3-cü və 89.6-cı
maddələrə “Fövqəladə” sözündən sonra “və ya hərbi”
sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda
517-2-ci maddə əlavə edilsin:
“Maddə 517-2. Hərbi vəziyyət
rejiminin tələblərinin pozulması
517-2.1. Xüsusi
icazə vərəqəsi və (və ya)
şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı
vaxtında küçələrdə və ya
digər ictimai yerlərdə olmağa görə -
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
517-2.2. Nəqliyyat vasitələrinin
hərəkətinə qoyulmuş məhdudiyyətin
pozulmasına görə -
fiziki
şəxslərə xəbərdarlıq edilir
və ya onlar otuz manatdan əlli manatadək
məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min
beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.3. Rabitədən istifadə
üçün müəyyən edilmiş xüsusi
qaydaların pozulmasına görə -
fiziki
şəxslərə xəbərdarlıq edilir
və ya onlar otuz manatdan altmış
manatadək məbləğdə, vəzifəli şəxslər
yüz manatdan iki yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki
min manatadək məbləğdə cərimə
edilir.
517-2.4. Gündəlik tələbat
mallarının, o cümlədən ərzaq
və sənaye məhsullarının əldə olunmasına
(satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə
-
fiziki
şəxslərə xəbərdarlıq edilir
və ya onlar otuz manatdan altmış
manatadək məbləğdə, vəzifəli şəxslər
iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min
beş yüz manatdan iki min
beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.5. Karantin
tələblərinin, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə
və baytarlıq tədbirlərinin pozulmasına görə
-
fiziki şəxslər
əlli manatdan doxsan manatadək
məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki
min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.6. Hərbi vəziyyətin
elan olunduğu ərazidə
(ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna
qoyulmuş məhdudiyyətin
pozulmasına görə -
yüz manat məbləğində cərimə edilir.
517-2.7. Şəxslərin
xüsusi icazə vərəqələrinin
və şəxsiyyətini təsdiq edən sənədlərinin
yoxlanılmasına, qanunda nəzərdə
tutulmuş əsaslarla onların şəxsi
əşyalarına, mənzillərinə və nəqliyyat
vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə
-
fiziki şəxslər
yüz manat məbləğində,
vəzifəli şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
517-2.8. Hərbi vəziyyət rejimini pozmaqda şübhə
edilən mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə,
müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin
yoxlanılmasına maneçilik törədilməsinə
görə -
fiziki şəxslər
yüz manat məbləğində,
vəzifəli şəxslər üç
yüz manatdan beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər
iki min manatdan
üç min manatadək
məbləğdə cərimə edilir.
517-2.9. Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə,
müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına
görə -
vəzifəli şəxslər
üç yüz əlli
manatdan beş yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş
yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.10. Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına gəlməsi
və Azərbaycan Respublikasından getməsi üçün
tətbiq edilmiş xüsusi
qaydaların pozulmasına görə -
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
517-2.11. Müdafiə
ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi
ilə mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə,
müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının
(resurslarının) səfərbər olunmasına, səfərbərlik
planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün
və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə
-
fiziki
şəxslər iki yüz
manatdan üç yüz əlli manatadək məbləğdə
cərimə edilir və ya
işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş
günədək müddətə inzibati
həbs tətbiq olunur, vəzifəli
şəxslər beş yüz
manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd
min manatdan altı min manatadək məbləğdə cərimə
edilir.
517-2.12. Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə,
müəssisə və təşkilatların fəaliyyətinin
tətil və ya digər üsullarla
dayandırılmasının qadağan
edilməsi ilə bağlı tələbin pozulmasına
görə -
fiziki
şəxslər iki yüz
manatdan üç yüz əlli manatadək məbləğdə
cərimə edilir və ya
işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş
günədək müddətə inzibati
həbs tətbiq olunur, vəzifəli
şəxslər beş yüz
manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç
min manatdan dörd min beş
yüz manatadək məbləğdə
cərimə edilir.
517-2.13. Yığıncaqlar,
mitinqlər, küçə yürüşləri,
nümayişlər və piketlərin, habelə digər
kütləvi tədbirlərin keçirilməsi ilə
bağlı qoyulmuş qadağa
və ya məhdudiyyətə əməl
olunmamasına görə -
fiziki
şəxslər üç yüz manatdan beş yüz manatadək
məbləğdə cərimə edilir
və ya işin
halları və pozuntu törədənin
şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur,
vəzifəli şəxslər altı yüz
manatdan doqquz yüz manatadək
məbləğdə cərimə edilir,
hüquqi şəxslər dörd min manatdan
altı min manatadək məbləğdə
cərimə edilir.
517-2.14. Silah, döyüş
sursatı, xüsusi vasitələr, zəhərli
və ya partlayıcı maddələrin
satışı ilə bağlı qoyulmuş
məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop
maddələr və onların prekursorları və ya tərkibində güclü
təsirə malik olan
maddələr olan dərman preparatlarının, spirtli
içkilərin dövriyyəsi üzrə müəyyən
edilmiş xüsusi
rejimə əməl olunmamasına, habelə fiziki
şəxslərdən odlu və soyuq silahın, döyüş
sursatının, zəhərləyici və ya
partlayıcı maddələrin, hüquqi
şəxslərdən isə həmçinin təlim hərbi
texnikasının və radioaktiv maddələrin
müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə
-
fiziki
şəxslər dörd yüz
manatdan altı yüz
manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla iki ayadək müddətə
inzibati həbs tətbiq olunur,
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd
min beş yüz manatdan altı min beş yüz
manatadək məbləğdə cərimə edilir.
517-2.15. Hərbi vəziyyətin
elan olunduğu ərazidə
(ərazilərdə) tətbiq edilmiş
kütləvi informasiya vasitələrinin
xüsusi fəaliyyət rejiminə əməl
edilməməsinə görə -
vəzifəli şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə, hüquqi
şəxslər altı min manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
517-2.16. Hərbi vəziyyət
dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində
məskunlaşdırılması şərtilə əhalinin,
təsərrüfat və sosial təyinatlı
obyektlərin, maddi və mədəni sərvətlərin
təhlükəsiz rayonlara təxliyə
olunmasına (köçürülməsinə) maneçilik törədilməsinə
görə -
fiziki
şəxslər beş yüz
manatdan səkkiz yüz
manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla bir aydan iki ayadək müddətə inzibati
həbs tətbiq olunur, vəzifəli
şəxslər min manatdan
min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-29 iyun.- S.8.