“Siyasi partiyalar haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 10-cu bəndlərini rəhbər tutaraq,
“Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Siyasi partiyalar haqqında”
Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 11, maddə 387, ¹
12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹
3, maddə 226; 2001, ¹ 11, maddə 683; 2002, ¹ 8, maddə 463; 2004,
¹ 2, maddə 57, ¹ 5, maddə 321, ¹ 8, maddə 598; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 464; 2006, ¹ 3, maddə
225; 2007, ¹ 11, maddələr 1049, 1053; 2010, ¹ 4, maddə 276;
2012, ¹ 5, maddə 414; 2014, ¹ 11, maddə 1332; 2015, ¹ 4, maddə
366; 2017, ¹ 5, maddə 684) aşağıdakı məzmunda
16.4-1-ci maddə əlavə edilsin:
“16.4-1. Hərbi və
ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan
qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti
hərbi və ya fövqəladə vəziyyət
başa çatanadək dayandırıla
bilər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-29 iyun.- S.9.