Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 21-ci bəndlərini rəhbər tutaraq,
“Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr
1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə
689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab),
maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹
11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963; Azərbaycan
Respublikasının 2017-ci il 17 noyabr tarixli 852-VQD nömrəli,
1 dekabr tarixli 902-VQD
nömrəli, 29 dekabr tarixli
965-VQD nömrəli, 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli qanunları) aşağıdakı
məzmunda 9.8-ci və 15.7-ci maddələr əlavə edilsin:
“9.8. Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən vətəndaşların
ölkədən getməsi və ölkəyə gəlməsi
üçün xüsusi
qaydalar tətbiq edilə bilər.
15.7. Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına gəlməsi
və Azərbaycan Respublikasından getməsi üçün
xüsusi qaydalar tətbiq
edilə bilər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-29 iyun.- S.9.