“Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli
Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq,
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun 23-1-ci və 23-2-ci
maddələrinə uyğun olaraq, heyvanların, heyvan
mənşəli məhsulların və xammalın
baytarlıq normalarına uyğunluğunu
təsdiq edən ekspertiza aktının
verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin
və digər məhsulların üzərinə nişan qoyulması
üçün dövlət rüsumunun məbləğləri təsdiq edilsin (əlavə olunur).
3. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹
12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798;
2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327,
¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹
5, maddə 883, ¹ 9, maddə 1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə
370, ¹ 5, maddə 757, ¹ 7, maddə 1377, ¹10, maddə
1804, ¹12 (I kitab), maddə 2293) 2.1-ci bəndinə
“6.2-ci” sözlərindən sonra “, 23-2-ci”
sözləri əlavə edilsin.
4.Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin
edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
5. Bu fərmanın
2-ci və 3-cü hissələri 2018-ci il
iyulun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 iyun 2018-ci il
Azərbaycan.-
2018.-29 iyun.- S.8.