“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli
1095-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli
1095-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 iyun 2018-ci il
Azərbaycan.-
2018.-29 iyun.- S.8.