Goranboy
şəhərində əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində
Goranboy rayonunda bir sıra sosialyönümlü
infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən
Bayraq Muzeyi, Gənclər
Mərkəzi, Uşaq-Gənclər Şahmat
məktəbi, əlil və şəhid
ailələri üçün
ümumilikdə 40 mənzilli 3 yaşayış binası, üzgüçülük hovuzu
inşa edilmiş, rayon Mədəniyyət Mərkəzi, Dəliməmmədli
şəhər xəstəxanası, 2000 yerlik
şəhər stadionu əsaslı təmir
olunmuş, 41 ümumtəhsil müəssisəsi
istifadəyə verilmişdir. Bununla
yanaşı, Goranboy şəhərinin su təchizatı sistemi
yenidən qurulmuş, 330 kV-luq
“Goranboy” paylayıcı məntəqəsi,
“Kürəkçay” və “Dəliməmmədli” elektrik yarımstansiyaları istismara
verilmiş, “Region Agro” MMC-nin aqroparkı və
digər iri istehsal, emal müəssisələri tikilmiş,
32 mindən çox yeni
iş yeri
açılmış, yol-nəqliyyat infrastrukturu
yaxşılaşdırılmış, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Goranboy
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə qəzalı vəziyyətdə
olan ikimərtəbəli 3 binanın
sakinlərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə qərara
alıram:
1. Goranboy
şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli
yaşayış binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3,0 (üç)
milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 iyun 2018-ci il
Azərbaycan.-
2018.-6 iyun.- S.5.