Naftalan
şəhərində yeni körpələr
evi-uşaq bağçası
binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkəmizdə müalicəvi turizmin
inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının uğurlu
icrası nəticəsində bu gün də müasir
sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf
edir. Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi
yaradılmış, o cümlədən 264 yerlik “Qarabağ”, 342 yerlik
“Qaşaltı” sanatoriyaları
inşa olunmuş, 353 yerlik “Çinar” sanatoriyası yenidən
qurulmuşdur.
Bununla
yanaşı, şəhərdə bir
sıra mühüm infrastruktur
layihələri də yerinə yetirilmiş,
şəhər Mərkəzi Xəstəxanası, Əlillərin
Bərpa Mərkəzi, Bayraq meydanı tikilmiş, 1500 yerlik şəhər
stadionu əsaslı təmir edilmiş, şəhərin su
təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş,
genişmiqyaslı abadlıq-quruculuq işləri həyata
keçirilmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Naftalan
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə yeni
200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi məqsədi ilə qərara
alıram:
1.Naftalan
şəhərində yeni 200 yerlik körpələr evi-uşaq
bağçası binasının tikintisi
üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naftalan Şəhər İcra
Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2.Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 iyun 2018-ci il
Azərbaycan.- 2018.-6 iyun.- S.5.