“Azərbaycan Xalq Cümhuriyyəti və
təhsil” müsabiqəsinin qalibləri
mükafatlandırılıblar
İyunun 28-də “Azərbaycan Xalq Cümhuriyyəti və
təhsil” mövzusunda ümumtəhsil məktəblərinin
müəllimləri arasında keçirilən yazı
müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimi olub. Müsabiqə “Azərbaycan müəllimi” qəzeti
və “Bank of Baku”nun birgə təşkilatçılığı
ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil nazirinin
müavini Firudin Qurbanov Prezident İlham Əliyev tərəfindən
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti
ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki
müstəsna rolunu qeyd edən təhsil nazirinin müavini
cümhuriyyət dövründə təhsil sahəsində həyata
keçirilən tədbirlərdən danışıb.
Eyni zamanda, müsabiqə barədə məlumat
verilib. Qeyd olunub ki, müsabiqəyə yazıların təqdim
edilməsi üçün ayrılmış bir ay müddətində
təşkilat komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə
47 şəhər və rayonun müəllimləri
qatılıblar. Seçimin nəticələrinə əsasən
iki yazı birinci, iki yazı ikinci, üç yazı
üçüncü yerlərə, yeddi yazı isə həvəsləndirici
mükafata layiq görülüb. “Bank of Baku”nun idarə heyətinin
sədri Eldar Həmidov cümhuriyyət dəyərlərinin
öyrənilməsi və təbliği baxımından
müsabiqənin əhəmiyyətini qeyd edib.
E.Həmidov rəhbərlik etdiyi qurumun
sosialyönümlü layihələrə hər zaman maliyyə
dəstəyi göstərdiyini diqqətə
çatdırıb.
Qaliblərə diplom, hədiyyə və pul
mükafatları təqdim olunub.
Azərbaycan.- 2018.- 29 iyun.- S.10.