Bakı
Ali Neft Məktəbində
“Məzun günü” keçirildi
İyunun 28-də
Bakı Ali Neft Məktəbində
(BANM) tələbələrin “Məzun günü”
keçirildi. Tədbirdə
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev,
BANM-ın rektoru Elmar
Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti,
ölkəmizdə fəaliyyət göstərən digər
ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri,
Böyük Britaniyanın Heriot-Vatt
Universitetinin nümayəndələri, məzunlar
və onların valideynləri iştirak
ediblər.
BANM-ın rektoru
Elmar Qasımov tədbiri açaraq
qonaqları salamlayıb.
SOCAR-ın prezidenti,
Milli Məclisin deputatı Rövnəq Abdullayev tədbirdə çıxış
edərək deyib: “Möhtərəm
Prezident 2011-ci ildə qarşımıza
yüksək texnoloji biliklərə sahib olan ingilisdilli
neftçi mütəxəssislər
hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş
ali məktəbin Azərbaycanda
yaradılması kimi şərəfli bir vəzifə qoydu.
Çəkilən zəhmətin bəhrələrini
görmək bizi sevindirir.
Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris
proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti
qəbul imtahanlarında ən yüksək bal
toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçməyə
həvəsləndirir”.
Ekologiya
və təbii sərvətlər naziri Muxtar Babayev tədbirdə
çıxış edərək məzunları təbrik edib və bildirib ki, Bakı Ali Neft Məktəbinin vətənpərvər ruhda təhsil almış məzunları
ölkənin neft-qaz sənayesinin ən
peşəkar mütəxəssisləri və alimləri olacaqlar. Nazir bu ali məktəbin
yaradılmasını ölkə rəhbərinin təhsilə
və neft-qaz sənayesinə olan diqqətinin nəticəsi olduğunu
vurğulayıb.
Rektor Elmar Qasımov çıxışında məzunları
və onların yaxınlarını bu əlamətdar
gün münasibətilə təbrik edib və onlara gələcək
karyera və həyatlarında uğurlar arzulayıb. “Biz tələbələrimizi həyata və dünyaya hazırlayırıq. Əminəm ki, bu gün
məzun olan tələbələrimiz
keçənilki məzunlarımız kimi,
Bakı Ali Neft Məktəbini
və doğma Azərbaycanı yerli və transmilli
şirkətlərdə, eləcə də dünyanın
aparıcı universitetlərində layiqincə təmsil
edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun
buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə
məzunlarını yola salır. Yeni dərs ilindən isə biz
bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə
başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, ali məktəbimiz Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan
kapitalına çevirməliyik” şüarını rəhbər
tutaraq ölkəmizə potensiallı
mütəxəssislər bəxş edir”.
Tədbir zamanı həmçinin
vurğulanıb ki, BANM-ın ötənilki
ilk məzunlarının hamısı
işlə təmin olunub. Bu gün
həmin məzunlar SOCAR, Türkiyədə STAR Neft Emalı Zavodu, “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev
adına NEZ, BANM, BP, Halliburton, Maire Tecnimont və s. kimi şirkətlərdə
öz vəzifələrini böyük məsuliyyətlə yerinə
yetirirlər.
BP şirkətinin
Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti Qəri Counz BANM-a böyük rəğbət
bəslədiyini, ali məktəbin tədris
proqramlarının və hazırladığı mütəxəssislərin
yüksək səviyyədə olduğunu
qeyd edib və BP-də
çalışan keçənilki məzunlardan
öz razılığını bildirib.
Tədbirdə
SOCAR-ın Kadr, Rejim və
İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov
60 illik yubileyi
münasibətilə təbrik edilib. Öz növbəsində Xalik
Məmmədov məzunları təbrik edib
və BANM kimi möhtəşəm layihənin
gerçəkləşdirilməsində yer
aldığına görə qürur hissi keçirdiyini bildirib.
Böyük
Britaniyanın Heriot-Vatt Universitetinin
prorektoru, professor Culian Counz və BANM-ın
əməkdaşlıq etdiyi
Yunanıstanın Qərbi Attika Universitetinin professoru və
Erasmus+ layihəsinin universitet
üzrə koordinatoru Panayotis
Yannakopoulos da
çıxış edərək məzunları təbrik edib, onlara gələcək
karyeralarında uğurlar arzu
ediblər.
Tədbirdə
BANM-ın ötənilki ilk məzunlarının
dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu, eyni zamanda
Heriot-Vatt Universitetinin
professor-müəllim kollektivinin təbrikini
əks etdirən videomaterial nümayiş olunub.
“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam
edib. 2017-/2018-ci tədris ilində Bakı
Ali Neft Məktəbinin
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
ixtisası üzrə məzun olan 16 tələbəsi
BANM-ın diplomunu, “Neft-qaz
mühəndisliyi” ixtisası üzrə məzun olan 35 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə
məzun olan 41 nəfər tələbə
isə BANM-ın və Heriot-Vatt Universitetinin diplomlarını alıblar. Ali məktəbi fərqlənmə ilə
bitirən 12 tələbənin diplomu isə
SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən onlara
təqdim edilib.
“Məzun
günü”ndə eyni zamanda
ali məktəbin “Neft-qaz
mühəndisliyi” ixtisası üzrə birinci
olan tələbəsi Rəşad Nəzərəliyev,
“Kimya mühəndisliyi” ixtisası üzrə
birinci olan Tərlan Əliyev
və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
ixtisası üzrə birinci olan Rəhim Rəhimli Rövnəq Abdullayev tərəfindən plaketlə təltif
olunublar. 2018-ci il məzun
buraxılışında həm də bütün
ali məktəb üzrə birinci olan Rəşad Nəzərəliyevin
adı isə simvolik kötüyə həkk
olunub.
Ali
məktəbin məzunları - Məmməd Cəbrayılov,
Sevinc Qafarlı, Emilya
Məmmədova məzun dostları adından
çıxış edərək onların gənc mütəxəssis
kimi yetişmələrində, bilik və bacarıqlarının
formalaşmasında böyük əməyi
olan fədakar müəllimlərinə sonsuz minnətdarlıq hisslərini çatdırıblar.
Tədbirdə valideynlər
adından “Kimya mühəndisliyi”
ixtisası üzrə təhsil alan Nigar Allahverdiyevanın atası Zahid
Allahverdiyev çıxış edib. O qeyd edib
ki, qızı Nigar Allahverdiyeva BP şirkətindən iş təklifi alıb. Qızının
bu uğurunu
BANM-ın professor və müəllimlərinin
zəhmətinin, ali məktəbin güclü tədris proqramlarının və
buradakı qayda-qanunun nəticəsi kimi qiymətləndirən ata,
SOCAR və BANM rəhbərliyinə Azərbaycan
övladlarına yaradılan bu şərait
və dəstək üçün təşəkkür
edib.
Tədbirin bədii hissəsinə
rəssam Nagia Rzayevanın BANM-ın
yaranması haqqında qumla olan kompozisiyasının təqdimatı ilə
başlanılıb. Daha sonra
respublikanın xalq artisti
Ənvər Sadıqovun rəhbərlik etdiyi
“Qaytağı” instrumental ansamblı
gözəl musiqi nömrələri ilə
məzunları təbrik edib.
“Qaytağı” ansamblının və şotland
musiqisinin ifaçısı İnnes Moirin Azərbaycan
milli və klassik
musiqisilə şotland etnik
musiqisini sintez edərək
ifa etməsi isə tədbirdə iştirak edənlərin böyük
marağına səbəb olub.
“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların
ənənəvi “papaq atma”
mərasimi keçirilib.
Xatırladaq ki,
Bakı Ali Neft Məktəbi
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 29 noyabr
2011-ci il tarixli fərmanı
ilə dövlət ali təhsil müəssisəsi
statusunda SOCAR-ın strukturunda
yaradılıb. Məktəb Azərbaycanda və
xarici ölkələrdə fəaliyyətini
genişləndirən SOCAR-ın və ölkənin digər
sənaye sahələrinin müasir tədris
proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək
ixtisaslı mühəndis kadrlarına olan
ehtiyaclarını ödəmək məqsədilə təsis
edilib.
Azərbaycan.-
2018.- 29 iyun.- S.12.