UNEC-də “Məzun günü”ndə
Monpelye Universitetinin diplomları təqdim edildi
Özünəməxsus təhsil ənənələri ilə
seçilən UNEC-in möhtəşəm
“Məzun günü”
bir çox yeniliklərlə yadda qalıb.
“İnter Arena” stadionunda keçirilən
təntənəli mərasim
dövlət himninin səsləndirilməsi ilə
başlayıb. Tədbirdə universitetin
rəhbərliyi, professor-müəllim
heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət
rəsmiləri, deputatlar,
xarici qonaqlar, ictimaiyyət nümayəndələri,
UNEC-in fəxri məzunları
və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər iştirak edib.
Məzunları təbrik edən
UNEC-in rektoru, professor Ədalət
Muradov bu günü hesabat anı adlandırıb: “Ölkə başçısı,
valideynlər və bütövlükdə cəmiyyət
qarşısında bizə
əmanət edilən
3468 gəncin gələcəyə
hazırlığı barədə
hesabat veririk. Məzunlarımızın iş
dünyasında peşəkar
mütəxəssis kimi
önəmli yer tutacağına, Azərbaycanın
sosial-iqtisadi həyatında
fəal rol oynayacağına, ölkənin
hərtərəfli inkişafına
öz töhfələrini
verəcəyinə və
Vətən qarşısında
vəzifələrini layiqincə
yerinə yetirəcəyinə
əminik”. Ə.Muradov
UNEC-in məzunlara qazandırdığı
bilik və dəyərlərin onlar üçün uğura aparan yol göstəricisi
olacağını bildirib:
“UNEC ailəsi olaraq digər məzunlarımız
kimi, sizin də naliyyətlərinizi
qürurla izləyəcəyik!”
25 il öncə təhsil aldığı ali məktəbin bu önəmli gününə
fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu
ifadə edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi
Qafqazın ən böyük iqtisadyönümlü
universitetinin məzunu
olmaları münasibətilə
gəncləri təbrik
edib. Ölkənin bilikli və bacarıqlı gənclərə,
iqtisadçılara daim
ehtiyacı olduğunu,
UNEC-in bu tələbləri
layiqincə yerinə yetirdiyini diqqətə çatdıran V.Gülməmmədov
UNEC-in son dövrdəki uğurlarını,
beynəlxalq reytinqlərdə
yer almasını və dünyanın nüfuzlu universitetləri
ilə əməkdaşlığını
qürurla izlədiyini
bildirib: “Sevindirici haldır ki, bu gün məzunlar
arasında UNEC ilə
Fransanın Monpelye Universitetinin ikili diplom proqramının ilk məzunları da var”.
“Məzun günü”ndə
iştirak etmək üçün Azərbaycana
gələn Fransanın
Monpelye Universitetinin Beynəlxalq Əlaqələr
Ofisinin rəhbəri,
“Beynəlxalq Biznes Mühəndisliyi” magistr proqramının və “Beynəlxalq Menecment və Biznes” bakalavr proqramlarının
rəhbəri, professor Gilles Sere de Lanauze Azərbaycanla Fransa arasında təhsil sahəsindəki
uğurlu əməkdaşlığı
təqdirəlayiq adlandırıb.
UNEC ilə Monpelye
Universitetinin ikili diplom proqramının əhəmiyyətindən söz
açan qonaq bu əməkdaşlıqdan
məmnunluğunu ifadə
edib. O, Monpelye Universitetinin UNEC ilə uğurlu əməkdaşlığını
digər sahələrdə
də inkişaf etdirməkdə maraqlı
olduğunu bildirib.
Sonra proqramın ilk məzunlarına Monpelye Universitetinin diplomları təqdim edilib.
Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək bal (98.53) topladığına
görə adı
UNEC-in fəxri daşına
həkk edilən Beynəlxalq İqtisadiyyat
Məktəbinin məzunu
Səbinə Nəcəfzadə
UNEC tələbəsi olmağın
üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq
standartlara cavab verən ali
təhsil alması üçün hər şərait yaradılıb.
Adını universitetin tarixinə
uğurlu tələbə
kimi yazdıran S.Nəcəfzadə UNEC məzunu
olmağı ilə fəxr etdiyini bildirib.
S.Nəcəfzadə UNEC-in bayrağını
III kurs üzrə ən yüksək nəticə göstərən
tələbəyə təhvil
verərək, 3468 məzun
adından təntənəli
and içib.
UNEC-in himninin sədaları
altında dekanlar fakültə üzrə ən yüksək bal toplayan məzunları
təltif edib. Sonra ənənəvi “papaq atma” mərasimi keçirilib.
Tədbir konsert proqramı
ilə davam etdirilib.
Azərbaycan.- 2018.- 30 iyun.- S.12.