“İdxal-ixrac əməliyyatlarına
nəzarət sisteminin
təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədə idxal-ixrac əməliyyatlarına
nəzarət sisteminin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 20 aprel tarixli 6 nömrəli Sərəncamına uyğun
olaraq qərara alıram:
1. “İdxal-ixrac
əməliyyatlarına nəzarət
sisteminin təkmilləşdirilməsinə
dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
2.1. bu sərəncamın 1-ci
hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının
icrasının aidiyyəti
dövlət orqanları ilə əlaqələndirilməsini təmin
etsin və görülmüş işlər
barədə rübdə
bir dəfə, hər rübdən
sonrakı ayın 25-dək Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 iyun
2018-ci il
Azərbaycan.-2018.-30 iyun.-
S.8.