“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər
tutaraq, “Hərbi vəziyyət haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 10, maddə 710; 2001, ¹ 9, maddə
576, ¹ 11, maddə 675; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 4, maddə 278,
¹8, maddə 684, ¹ 10, maddə 908; 2007, ¹ 11, maddələr
1049, 1053; 2008, ¹ 8, maddə 699; 2009, ¹ 7, maddə 517, ¹ 8, maddə
611; 2010, ¹ 4, maddə 265; 2013, ¹ 3, maddə 216; 2014, ¹ 2, maddə
79, ¹ 11, maddə 1359) aşağıdakı
dəyişikliklər edilsin:
1.
31.3-cü maddə üzrə:
1.1. birinci cümlədə “Bu maddədə müəyyən
olunmuş” sözləri
“Aşağıda göstərilən”
sözləri ilə,
cümlənin sonunda isə nöqtə işarəsi iki nöqtə işarəsi
ilə əvəz edilsin;
1.2. ikinci cümlə ləğv edilsin.
2. Aşağıdakı məzmunda
31.3-1-ci maddə əlavə
edilsin:
“31.3-1. Hərbi vəziyyətin
elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və
müəyyən edilmiş
tədbirlərin həyata
keçirilməsinə mane
olan qeyri-hökumət təşkilatının,
habelə xarici dövlətin qeyri-hökumət
təşkilatının filial
və ya nümayəndəliyinin fəaliyyəti
hərbi vəziyyət
başa çatanadək
dayandırıla bilər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.-
S.5.