“Xidməti və mülki silah
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və
11-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral
tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar
qərara alır:
“Xidməti və
mülki silah haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1998, ¹ 3, maddə 137; 2002, ¹ 12, maddə 701; 2003, ¹ 8, maddə
424; 2004, ¹ 3, maddə 133, ¹ 7, maddə 505, ¹ 10, maddə 762, ¹
11, maddə 902; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 7, maddə
602; 2013, ¹ 7, maddə 794; 2016, ¹ 1, maddə 20; 2017, ¹ 6, maddə
1021) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddənin IV hissəsinə “Fövqəladə”
sözündən sonra “və ya hərbi” sözləri əlavə
edilsin.
2. 19-cu maddənin II hissəsində “Müstəsna
hallarda fövqəladə” sözləri “Fövqəladə
və ya hərbi” sözləri ilə, “qanunvericiliklə
müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə
vəziyyət haqqında” və “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.
- 2018.-30 iyun.- S.5.