“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il
15 mart tarixli 176-VQ nömrəli Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 632, ¹ 12, maddələr 2017, 2036; 2017, ¹ 4, maddə 520, ¹ 5, maddə 743) 3 nömrəli
əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən
icazələrin siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 27-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
“27. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat
şəhadətnaməsi, ölkə daxilində heyvanların,
heyvan mənşəli
məhsulların və
xammalın daşınması və satışı məqsədi
ilə onların baytarlıq
normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi,
ekspertiza aktı və ya ətin,
heyvan və quş cəmdəklərinin
və digər məhsulların
üzərinə qoyulan
nişan);”;
1.2. 47-ci maddədə
“yeyinti məhsullarının
gigiyenik” sözləri
“qida təhlükəsizliyi”
sözləri ilə əvəz edilsin;
1.3. 71-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
“71. qida məhsulları sahəsində
fəaliyyət göstərən
subyektlərin qida təhlükəsizliyi qeydiyyatına
alınmasına dair reyestrdən çıxarış;”.
Maddə 2. Bu
qanun 2018-ci il iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.5.