“Azərbaycan Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalının
təsis edilməsi ilə
əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹
23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12 (I kitab), maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹
10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr
452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr
514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə
960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664, ¹ 11, maddələr
1036, 1048, 1061; 2013, ¹ 5, maddələr 460, 478, ¹ 10, maddə
1143, ¹ 12, maddə 1477; 2014, ¹ 6, maddələr 612, 623;
2015, ¹ 12, maddə 1447; 2016, ¹ 12, maddələr 1979, 2040; 2017, ¹
1, maddələr 16, 27, ¹ 7, maddə 1311, ¹ 10, maddə 1771, ¹ 11, maddə 1962, ¹ 12 (I kitab), maddələr 2242,
2269; 2018, ¹ 2, maddə 168, ¹ 3 maddə 387, Azərbaycan
Respublikasının 2018-ci il
3 aprel tarixli 1049-VQD nömrəli, 24 aprel tarixli 1072-VQD nömrəli,
1 may tarixli 1092-VQD nömrəli qanunları) 2-ci maddəsinə
“Azərbaycan Polisinin
100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley
medalı;” hissəsindən
sonra aşağıdakı
məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan
Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı;”.
Maddə 2. “Azərbaycan
Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan
Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalının
təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.7.