“Azərbaycan Prokurorluğunun
100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı ilə prokurorluq
orqanlarında vəzifələrini nümunəvi yerinə
yetirən, xidmətdə yüksək nəticələr əldə
edən, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi sahəsində peşəkarlığı
ilə fərqlənən, uzun müddət qüsursuz xidmət
edən prokurorluq orqanlarının əməkdaşları və
veteranları, prokurorluq orqanlarının inkişafında
xüsusi xidmətləri olan digər şəxslər, habelə
beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı ilə bu əsasnamənin
1-ci maddəsində göstərilən şəxsləri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi dövlət orqanının rəhbəri təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden və
medalları olduqda onlardan sonra taxılır.
Azərbaycan.- 2018.-30 iyun.- S.7.