“Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 8-ci bəndini
rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il
14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə
1072; 2010, ¹ 3, maddə 168; 2012, ¹ 11, maddə 1057; 2013, ¹ 11, maddə
1313; 2015, ¹ 11, maddə 1279; 2017, ¹ 2, maddələr
141, 160) 18-ci maddəsinin birinci
hissənin ikinci cümləsinə “Fövqəladə
hallarla” sözlərindən
sonra “və ya hərbi vəziyyətlə”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.7.