“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər
tutaraq, “Hərbi vəziyyət haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə
442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə 1989; 2017, ¹ 3, maddə 346, ¹ 6, maddələr 1024, 1046, ¹ 7,
maddə 1266, ¹ 12, I kitab, maddə
2255) 16-cı maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. Adına və 16.1-ci maddəyə “fövqəladə”
sözündən sonra
“və ya hərbi” sözləri əlavə edilsin.
2.
16.1-ci maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Fövqəladə və hərbi
vəziyyət şəraitində rabitədən istifadə
üçün xüsusi
qaydaları müvafiq
icra hakimiyyəti orqanı müəyyən
edir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.9.