“Üzümçülük və
şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 8-ci bəndini
rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il
14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Üzümçülük və
şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 1, maddə 3; 2003, ¹ 1, maddə
15, ¹ 12, I kitab, maddə
674; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 5, maddə 397, ¹ 10, maddə
938; 2008, ¹ 12, maddə 1044; 2013, ¹ 11, maddə 1291; 2016, ¹ 1, maddə
29; 2017, ¹ 5, maddə 716, ¹ 7, maddə 1264)
22.4-cü maddəsinə “Fövqəladə”
sözündən sonra
“və ya hərbi” sözləri əlavə edilsin və həmin maddədə “qanunvericiliklə
müəyyən edilmiş
qaydada” sözləri
“Fövqəladə vəziyyət
haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun
olaraq” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.9.