“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə
706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab,
maddələr 676, 698; 2005,
¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr
873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6,
maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80,
¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7,
maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2,
maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹
12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə
840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr
245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4,
¹ 6, maddələr 508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹
12, maddələr 1216, 1227, 1229; 2013, ¹ 3,
maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr 1269, 1279, 1299,
1301, 1308, ¹ 12, maddələr 1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5,
maddə 468, ¹ 6, maddələr 603, 605, ¹ 7, maddələr 774,
780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr 15, 36, ¹ 4, maddə 630, ¹ 5,
maddə 849, ¹ 6, maddə 1014, ¹ 10, maddə 1605, ¹ 11, maddələr
1753, 1776, 1780, 1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3, maddələr
337, 341, ¹ 5, maddə 742, ¹ 6, maddə 1028, ¹ 7, maddə 1308, ¹ 8,
maddə 1506, ¹ 12, I kitab, maddə 2265; 2018, ¹ 3, maddə 405; Azərbaycan
Respublikasının 2018-ci il
23 fevral tarixli 1009-VQD
və 1019-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.0.21-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.0.22-ci maddə əlavə
edilsin:
“2.0.22.
satış və digər sahibkarlıq fəaliyyəti
məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil
cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi
istehlakı üçün
ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;
1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən
əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində
nəzərdə tutulan
hal istisna olmaqla,” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda
18.65.3-1-ci maddə əlavə
edilsin:
“18.65.3-1. Hər il
üçün fiziki
şəxslər tərəfindən
minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında müqavilələrin
müvafiq icra hakimiyyəti orqanlarında
dövlət qeydiyyatına alınmasına
görə dövlət
rüsumunun məbləğləri
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
təsdiq edilir.”;
1.4. aşağıdakı məzmunda
33-5-ci maddə əlavə
edilsin:
“Maddə 33-5. Mobil cihazların
qeydiyyatına görə dövlət rüsumunun
tutulmasının xüsusiyyətləri
Hər il üçün mobil cihazların qeydiyyata
alınmasına görə dövlət rüsumunun məbləğləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.”.
Maddə 2. Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.9.