“Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanları haqqında Əsasnamə”nin və
“Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanları haqqında Əsasnamə”
təsdiq edilsin.
2.
“Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri”
təsdiq edilsin.
3.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1.
Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması ilə təmin edilməsi normalarını
bir ay müddətində
müəyyən etsin;
3.2.
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4.
Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti bu fərmandan irəli
gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 iyun 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.5.