“Azərbaycan
Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1170-VQD
nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, “Azərbaycan Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1170-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Prokurorluğunun 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1170-VQD nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Prokurorluğunun
100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin əsasnamənin
2-ci maddəsində “dövlət orqanı” dedikdə Azərbaycan
Respublikasının Baş Prokurorluğu nəzərdə
tutulur.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Azərbaycan
Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 26 iyun 2018-ci
il
Azərbaycan.-
2018.-30 iyun.- S.7.