“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1172-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə
əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının
“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun
34-cü maddəsinin I hissəsinə uyğun olaraq, sürücülük vəsiqəsinin
təsvirini, spesifikasiyasını və nümunəsini üç ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə
459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹
8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8,
maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə
606; 2011, ¹ 6, maddə 510; 2012, ¹ 5, maddə 423, ¹ 11, maddə
1079; 2014, ¹ 9, maddə 1043; 2015, ¹ 2, maddələr 110, 140, ¹ 6,
maddə 707, ¹ 10, maddə 1116; 2016, ¹ 3, maddə
456, ¹ 4, maddələr 662, 666, ¹ 6, maddə 1062, ¹ 11, maddə
1839; 2017, ¹ 5, maddə 758, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddələr
169, 197, ¹ 4, maddə 677) aşağıdakı məzmunda
2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. həmin
qanunun 34-cü maddəsinin
I hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
həyata keçirir;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyun
2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.7.