Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarınınDövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.“Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun 18.65.3-1-ci 33-5-ci maddələrinə uyğun olaraq:

1.3.1.2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

1.3.2.2019-cu il növbəti hər il üçün dövlət rüsumunun məbləğlərinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari ilin sentyabr ayının 25-dək “Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarınınDövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların  Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327, ¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹ 5, maddə 883, ¹ 9, maddə 1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə 757, ¹ 7, maddə 1377, ¹10, maddə 1804, ¹ 12 (I kitab), maddə 2293) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bəndə “5.5-ci” sözlərindən sonra “, 18.65.3-1-ci (ikinci halda),” sözləri əlavə edilsin və həmin bənddə “və 25.2.2-ci” sözləri “, 25.2.2-ci və 33-5-ci” sözləri ilə əvəz edilsin;

3.2.2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

“2.11. həmin qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun  2018-ci il

 

Azərbaycan.- 2018.-30 iyun.- S.9.