Polis əməkdaşları
yenə də birinci oldu
Cümhuriyyətin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan üzgüçülük estafeti
keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin
və Silahlı Qüvvələrimizin yaradılmasının
100 illik yubileyi münasibətilə iyunun
29-da Böyük Zirə
adası - Dənizkənarı
Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük
estafetinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma
mərasimində gənclər
və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi,
Azərbaycanın Milli
Qəhrəmanı, general-leytenant
Mədət Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri
Çingiz Hüseynzadə
və Xəzər İsayev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının
vitse-prezidenti Azər Əliyev, Hərbi Dəniz Qüvvələrinin
Komandanı vəzifəsini
icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümmətov, Dənizkənarı Bulvar
İdarəsinin rəisi
İlqar Mustafayev, Dövlət Dəniz Agentliyinin sədri Qüdrət Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov, Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftahətdinova, Elnur Məmmədli və güc strukturlarının idman cəmiyyətlərinin rəhbərləri
iştirak ediblər.
Yarışın açılış
mərasimində Azərbaycan
Respublikasının Dövlət
himni səsləndirilib.
Üzgüçülük estafetində Müdafiə, Fövqəladə
Hallar və Daxili İşlər nazirliklərini, Dövlət
Təhlükəsizliyi və
Dövlət Sərhəd
xidmətlərini, Dövlət
Gömrük Komitəsini
və Bakı Su İdmanı Sarayını
təmsil edən komandaların heyətində
ümumilikdə 100-dən çox
idmançı qələbə
uğrunda mübarizə
aparıb. Yarış iştirakçıları Böyük Zirə adasından Dənizkənarı
Milli Park ərazisindəki
Saat Qülləsinin olduğu istiqamətədək
10 kilometrədək məsafəni
3 saatadək qət ediblər. Gərgin idman mübarizəsinin
nəticələrinə əsasən,
Daxili İşlər
Nazirliyinin komandası
yarışın qalibi
olub. Bakı Su İdmanı Sarayının
təmsilçiləri ikinci,
Dövlət Sərhəd
Xidmətinin təmsilçiləri
isə üçüncü
yerdə qərarlaşıblar.
Qalib komandaların üzvləri diplom, medal və kuboklarla təltif edilib.
Azərbaycan.- 2018.-30 iyun.- S.2.