Ədliyyə orqanları hüquqi dövlət amallarına sadiqdirlər
Azərbaycanda ədliyyə sisteminin şanlı tarixi 1918-ci
ildən başlayır. Mayın 28-də Xalq Cümhuriyyəti elan edildikdən sonra təsis edilən dövlət qurumlarından biri də Ədliyyə Nazirliyi idi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay
yaşadı. Onun parlamenti
isə cəmi 17 ay fəaliyyət göstərə bildi. Bu müddətdə 145 iclas keçirdi, müzakirəyə 270-dən çox
qanun layihəsi çıxarıldı və
onlardan 230-a yaxını
qəbul edildi. Bu prosesdə Ədliyyə Nazirliyinin rolu çox böyük idi.
Ədliyyə Nazirliyi 1918-ci ildə ağır şəraitdə fəaliyyətə
başlamışdı. Çünki həmin vaxt ölkədə məhkəmə
sistemi dağınıq,
pərakəndə vəziyyətdə
idi. Hüquqşünas kadrlar, xüsusilə
müstəntiq və hakimlər
çatışmırdı, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətini ümumiyyətlə
dayandırmışdı. Lakin tezliklə respublikada qayda-qanunun bərpası ilə əlaqədar müvafiq hüquqi aktların qəbul edilməsi üçün tədbirlər
görüldü,
qısa müddətdə məhkəmə
aparatları bərpa edildi. Zəruri hüquqşünas kadrların
hazırlanması və
əhalinin hüquqi maarifləndirilməsi məqsədilə
kurslar təşkil olundu.
Nazirlər
Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də
Bakı Dairə Məhkəməsi
və onun tərkibində prokurorluq fəaliyyətə başladı. Məhkəmə
Palatasının təsis
edilməsinin labüdlüyü
nəzərə alınaraq
noyabr ayının 14-də Azərbaycan Məhkəmə
Palatasının
Əsasnaməsi, noyabrın 22-də isə
Ədliyyə Nazirliyinin
Əsasnaməsi təsdiqləndi.
Bilavasitə
Ədliyyə Nazirliyinin
təşəbbüsü ilə dövlətin əsaslarının
möhkəmləndirilməsinə xidmət edən qanun layihələri hazırlanaraq parlamentin
müzakirəsinə çıxarıldı. Nazirliyin parlamentə təqdim etdiyi mühüm qanun layihələrindən biri
Cümhuriyyətin yaranmasının
il yarımı münasibətilə ümumi amnistiyanın elan edilməsi ilə bağlı idi. Həmin dövrdə penitensiar
xidmətdə də ciddi islahatlar aparıldı. Həbsxana
işinin ədalət
mühakiməsinin həyata
keçirilməsində müstəsna əhəmiyyəti nəzərə
alınaraq cümhuriyyət hökumətinin 1919-cu il
11 avqust tarixli qərarı ilə penitensiar müəssisələr
Ədliyyə Nazirliyinin
tabeliyinə verildi
və bu sahədə iş təkmilləşdirildi.
1920-ci ildə
Azərbaycan sovetlər
tərəfindən işğal
edildikdən sonra dövlətçiliyin əsas
sütunlarından olan
ədliyyə sistemində
bolşevik prinsiplərinə
uyğun dəyişikliklər
aparıldı, nazirlik
dəfələrlə ləğv
edilib yenidən yaradıldı, funksiyaları
ayrı-ayrı vaxtlarda
prokurorluq və məhkəmə orqanlarına verildi. O illərdə ədliyyə sisteminin sabit funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törədirdi.
Azərbaycanda Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə
təsis olunması xalqımızın ümummilli
lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyi
1970-ci ildə bərpa edilməklə ədliyyə fəaliyyəti təkmilləşdirildi
və onun gələcək inkişafı
üçün şərait
yaradıldı. Bununla da
Azərbaycan ədliyyə
tarixində yeni mərhələ başladı.
Ədliyyə Nazirliyi
sabit fəaliyyət göstərərək məhkəmə
orqanlarına təşkilati rəhbərliyi
həyata keçirdi,
əhaliyə hüquqi
yardımı yaxşılaşdırdı,
notariat fəaliyyətinin
və məhkəmə
ekspertizalarının aparılmasını
təmin etdi və ümumiyyətlə,
ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün
zəmin yarandı.
Ədliyyənin
inkişafına xüsusi
diqqət ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışından sonra
da davam edib, hüquq sistemində inqilabi demokratik dəyişikliklərə
səbəb olan məhkəmə-hüquq islahatı
çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilib. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının
inkişafına daim qayğı göstərilib,
cəmiyyətdəki rolu
və əhəmiyyəti
artıb, ədliyyə
fəaliyyətinin yeni
qanunvericiliyin tələbləri səviyyəsində qurulması
məqsədilə müvafiq
struktur dəyişiklikləri
aparılıb, yeni qurumlar yaradılıb, onların işinin təşkili üzrə zəruri tədbirlər görülüb. Ənənəvi fəaliyyət
istiqamətləri ilə yanaşı, Ədliyyə Nazirliyində
icra xidməti, istintaq aparatı, bələdiyyələrlə
iş və məhkəmə ekspertizası
mərkəzləri yaradılıb,
bir çox digər hüquqi məsələlərin
həlli nazirliyə həvalə edilib.
Qanunun
aliliyinin daha yüksək səviyyədə təmin edilməsi
məqsədilə 2000-ci ildə
ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə
başlayıb, ölkəmizdə
ilk dəfə olaraq test üsulu
ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq onların yüksək statusu müəyyən olunub.
Ədliyyə
işçilərində mənəvi
stimul yaradılması
və tarixi irsin qorunması məqsədilə ulu
öndər Heydər Əliyevin
11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq
edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə
bayramı günü
kimi müəyyən
olunmuşdur. Azərbaycan ədliyyə
işçilərinin peşə bayramını
təsis etməklə
ümummilli lider ədliyyə tarixinə özünün daha bir şərəfli
imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə
işçisi tərəfindən
dərin minnətdarlıq
və iftixar hissi ilə qarşılanmışdır.
Ulu
öndər Heydər
Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə
müasir hüquq və idarəetmə sistemləri formalaşaraq
hüquq münasibətləri
modernləşdirilir. Təbii ki, hüquqi dövlətin uğurlu inkişafı möhkəm ədliyyə
sisteminin formalaşdırılması
ilə sıx
bağlıdır. Bu baxımdan fəxrlə
qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən ötən
illərdə ədliyyə
sisteminin müasirləşdirilməsi
və müstəqil məhkəmə hakimiyyətinin
daha da gücləndirilməsi
üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan qərarlar təsdiqlənib.
Çoxşaxəli ədliyyə fəaliyyətinin
tənzimlənməsi üçün
2006-cı ildə Ədliyyə
Nazirliyinin Əsasnaməsi,
“Ədliyyə orqanlarında
qulluq keçmə haqqında” qanun qəbul olunub, “Ədliyyə orqanlarının
inkişafı haqqında” fərman
imzalanıb. Bununla da Ədliyyə Nazirliyinə
hüquq-mühafizə orqanı
statusu verilib, yeni vəzifələr həvalə edilməklə
onun strukturu təkmilləşdirilib.
2009-cu ildə
isə dövlət başçısı tərəfindən
“Azərbaycan Ədliyyəsinin
inkişafına dair
2009-2013-cü illər üçün
Dövlət Proqramı”nın
icra olunması ədliyyə və məhkəmə
sahəsində islahatların
gələcək inkişaf
perspektivlərini müəyyən
edib.
Ədliyyə
Nazirliyi qanunvericilik sahəsində fəal iştirak edir, hüquqi aktların layihələri insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər
tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna
xüsusi diqqət yetirilməklə
hazırlayır, rəy
verir, normativ-hüquqi
və normativ xarakterli aktların
hüquqi ekspertizasını
aparır. “Normativ hüquqi
aktlar haqqında” Konstitusiya Qanunu ilə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən
Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilib.
Ədliyyə
Nazirliyi əhalinin vətəndaş hüquqları
barədə məlumatlandırılması
və onların pulsuz hüquqi yardım xidmətlərindən
istifadə imkanlarının genişləndirilməsi
məqsədilə bölgələrdə
hüquqi məsləhət
xidməti mərkəzlərinin
yaradılmasını təmin
edib. Mərkəzlərin
zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi,
həmçinin lazımi avadanlıq
və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində
tədbirlər həyata
keçirilib.
Son
illərdə penitensiar
və icra xidmətlərində islahatlar
davam etdirilərək
işin səmərəli
təşkili üçün
mövcud olan problemlərin aradan qaldırılması, kadrların
məsuliyyət hissinin
artırılması üzrə
ciddi tədbirlər həyata keçirilib, bu sahədə müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Məhkəmə ekspertizası
mərkəzi müasir
kriminalistik avadanlıqlarla
təchiz olunub, tədqiqat laboratoriyaları
yeniləşdirilib. Qanunvericiliyə
edilən dəyişikliklərə əsasən Ədliyyə
Nazirliyi tərəfindən
ibtidai istintaqı
aparılan cinayət işlərinin dairəsi genişləndirilib,
bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarət gücləndirilib,
ədliyyə orqanlarında
keyfiyyətli tibbi xidmətin göstərilməsi,
məhkumların müayinə və müalicəsi işi yaxşılaşdırılıb.
Son illərdə məhkəmələrin
infrastrukturunun yeniləşdirilməsinə
böyük diqqət
yetirilib. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin xeyli
genişləndirilməsi, hakimlərin
şəffaf seçimi,
“Elektron məhkəmə”
informasiya sisteminin və müasir İKT-lərin geniş tətbiqi məhkəmələrin
müstəqilliyini, şəffaflığını
və əlçatanlığını
daha da artırır.
Bu günlərdə ölkəmizdə
bir çox mühüm dövlət təsisatlarının 100 illik
yubileyləri qeyd olunur. Sevindirici haldır ki,
Cümhuriyyətimizlə həmyaşıd
olan Azərbaycan Ədliyyəsinin də bu il noyabr
ayının 22-də 100 illiyi
tamam olur və bu ərəfədə
ölkə Prezidenti tərəfindən
“Azərbaycan ədliyyəsinin
100 illiyi (1918-2018)” yubiley
medalının təsis olunması ədliyyə
fəaliyyətinə göstərilən diqqət və
qayğının əyani təzahürüdür. Yubiley münasibətilə Ədliyyə
Nazirliyi tərəfindən
xüsusi tədbirlər
planı təsdiq olunaraq silsilə tədbirlər keçirilir,
nazirliyin tarix muzeyləri Xalq Cümhuriyyəti dövrünə,
o cümlədən ədliyyə
tarixinə dair yeni arxiv materialları
ilə zənginləşdirilir, ədliyyə orqanlarında
yığıncaqlar, “dəyirmi
masa”lar təşkil
olunur.
Azərbaycan ədliyyə sistemi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçib və bunun da nəticəsində
ədliyyə orqanlarının fəaliyyət
istiqamətləri genişlənib. Görülən
işlər nəticəsində fəaliyyətinin əsasları
ulu öndər tərəfindən yaradılmış
Ədliyyə Nazirliyi
dövlət orqanları
sistemində çox nüfuzlu quruma çevrilib. Ədliyyə orqanları
dövlətçilik amallarına
daim sadiq qalaraq ölkəmizin
inkişafı və qüdrətlənməsi
naminə bundan sonra da yüksək əzmlə
çalışacaqlar.
Anar
SÜLEYMANOV,
Ədliyyə Nazirliyinin İstintaq
İdarəsinin rəis müavini
Azərbaycan.-
2018.- 30 iyun.- S.6.