Avropa Şurasının rəsmisi Azərbaycanda qadın və
uşaq hüquqlarının müdafiəsi
ilə bağlı görülən işlər barədə
məlumatlandırılıb
Fevralın 28-də Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının
media və internet bölməsinin
əməkdaşlıq şöbəsinin
rəhbəri Leyla Dervisagik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, komitə sədri qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır, gender bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycan BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr reallaşdırıb və bu işlər artıq davamlı olaraq həyata keçirilir.
Görüşdə iştirak edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes ikitərəfli əlaqələrdən məmnun olduğunu qeyd edib. O, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüşdə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məsələlərinə dair müzakirələr aparılıb.
Azərbaycan.- 2018.-1 mart.- S.2.