Qəbələ Azərbaycanın turizm brendinə çevrilir

 

2020-ci ildəİslam dünyasının turizm paytaxtıseçilməsi onun daha geniş miqyasda tanınmasına təsir göstərəcək

 

Qəbələ təkcə ölkə daxilində deyil, onun hüdudlarından da çox-çox uzaqlarda tanınan bölgələrimizdəndir. Ənənələri, qədimiliyi ilə tarixdə iz salan bu məkan dövlət müstəqilliyimizin bərpasından sonra daha çox tanınmağa başlayıb.

Bunun da başlıca səbəbi buradakı davamlı inkişafla bağlıdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2003-cü ilin oktyabr ayından 2018-ci ilədək Qəbələdə 14 min 907-si daimi olmaqla, 16 min 706 yeni yeri açılıb. Keçən il açılmış yeni yerlərinin sayı 1641 olub. Onların da hamısı daimidir.

Sözsüz ki, bütün bunlar formalaşdırılan normal iqtisadi baza sayəsində mümkün olub. İnkişaf statistik rəqəmlərdə əksini tapıb. Təkcə keçən il rayonun yerli gəlirləri 100,6 faiz yerinə yetirilib. Mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissədə 188,9 min manat artım olub.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Qəbələdə yeni mərkəzi xəstəxana kompleksinin Qəbələ dəmir yolunun tikintisinə başlanılacağını, şəhərin su-kanalizasiya şəbəkəsində tikinti-quraşdırma işlərinin başa çatdırılacağı qeyd edildi. Bu faktın özü dövlət tərəfindən rayona göstərilən daha bir qayğının təzahürü olmaqla yanaşı, qəbələlilərin qarşısına yeni vəzifələr qoyub.

Turizmin inkişafı sahəsində görülən işlər, yaradılan müasir infrastruktur, göstərilən xidmətlər nəticəsində regiona turist axını ildən-ilə artır.

Əvvəlki illərlə müqayisədə 2017-ci ildə rayona gələn turistlərin sayında böyük artım müşahidə olunub, Qəbələ onların maraq göstərdiyi cazibədar bir mərkəzə çevrilib.

Rayonla bağlı digər xoş bir xəbər isə fevralın əvvəlində gəldi. Qəbələ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin X konfransında 2020-ci ilİslam dünyasının turizm paytaxtıseçilib. Bu qərar da təsadüfi deyil. Hazırda rayonda 19 turizm istirahət obyekti fəaliyyət göstərir. Onların 7-si beşulduzlu hoteldir. Bu hotellərin bir gündə 2500-dən çox turisti qəbul etmək imkanı var. Yeri gəlmişkən, ötən il Qəbələyə gələn turistlərin sayı isə 250 minə yaxın olub.

Keçən il Qəbələyə gələn xarici ölkə rəsmilərinin sayı artıb. Bir il ərzində Kolumbiya Respublikası xarici işlər nazirinin, Moldova xarici işlər naziri müavininin, İranın Qərbi Azərbaycan vilayəti valisinin, Avstriyanın İsrailin Azərbaycandakı səfirlərinin, Monteneqronun Ali Məhkəməsi sədrinin, Koreyanın Qyonqçu, İsrailin Yokneam, Belarusun Qrodno, Polşanın Qnezno şəhəri merinin rəhbərlik etdikləri nümayəndə heyətləri Qəbələdə olublar. Rusiya Federasiyası Ədliyyə Nazirliyinin əməkdaşları, MDB- üzv dövlətlərin gömrük xidməti orqanlarının rəhbərləri şurasının hüquq mühafizə bölmələri başçıları, ABŞ-ın Harvard Universitetinin bir qrup müəllim tələbəsi III Bakı Beynəlxalq memarlıq müsabiqəsinin iştirakçıları da Qəbələdən xoş təəssüratlarla qayıdıblar.

Səfər çərçivəsində qonaqlar rayonun tarix-mədəniyyət abidələri, sənaye müəssisələri, turizm, idman sağlamlıq kompleksləri, Qəbələ Regional “ASAN xidmətMərkəzində yaradılmış şərait prinsipi ilə tanış olublar.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısnın rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Qrodno şəhərinə, Rusiya Federasiyasının Stavropol diyarına dəvət olunub, ölkələrarası regionlararası forumlarda iştirak edib. Forumlarda şəhər vilayət rəhbərləri ilə müzakirələr aparılaraq ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavininin rəhbərliyi ilə rayonun 13 yaşlı futbolçularının da daxil olduğu nümayəndə heyəti Koreya Respublikasının Qyonqçu şəhərinə səfər edib. Belə qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmləndirilməsində, mədəniyyət və turizm işinin genişləndirilməsində və inkişafında böyük rol oynayır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında o da qeyd olundu ki, Bakıdan sonra Azərbaycanın ikinci turizm mərkəzi olan Qəbələdə turizm infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülür, iri layihələr həyata keçirilir.

Məlumdur ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunaraq peşə təhsili və təlimi sektoru üzrə qısa, orta və uzunmüddətli strateji baxış müəyyənləşdirilib. Qəbələdə bu sahə üzrə kadr hazırlığına da diqqətlə yanaşılır, gənclərə peşə təhsili verən 2 məktəb fəaliyyət göstərir. Qəbələ TurizmHotelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 179 nəfər şagird təhsil alır. 2017-ci ildə mərkəzi 141 nəfər bitirib. Şagirdlərin istehsalat təcrübəsinin təşkili və keçirilməsi məqsədilə sifarişçi təşkilatlarla Qafqaz Resort Hotelinə, Qafqaz Riverside Hotelinə, Qafqaz Sport Hotelinə, Qafqaz Tufandağ Hotelinə, Qəbələ Statistika İdarəsinə, Azərpoçt MMC-nin Qəbələ Filialına, “Fərid” kiçik müəssisəsinə, Yengicə İstirahət Mərkəzinə və digər təşkilatlara istehsalat təcrübəsinə göndərilirlər.

Qazanılan nailiyyətlərin arxasında qeyd etdiyimiz kimi, ilk növbədə, dövlətin qayğısı, burada yaşayan insanların əməksevərliyi dayanır, turist axınının artması burada yaradılan şəraitdən və qonaqpərvərlikdən xəbər verir.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2018.-1 mart.- S.5.