ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

 

ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaqqocalar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

Virciniya Foks, həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək yolunun bərpasında səylər göstərdiyini vurğulayıb.

Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

 

Azərbaycan.- 2018.- 1 mart.- S.6.