Davamlı tərəqqi sənayenin inkişafından
asılıdır
Yeni iqtisadi strategiya
Azərbaycanda qeyri-neft sənayesinin
yüksəlişi üçün əlverişli
zəmin yaradır
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan davamlı iqtisadi inkişafı ilə bir çox ölkələr üçün nümunəyə çevrilib. Bu gün iqtisadi cəhətdən özünü təmin edən, hər hansı xarici yardıma ehtiyac duymayan ölkəmizin yeni-yeni uğurları, əlbəttə ki, düzgün iqtisadi strategiya, məqsədyönlü dövlət siyasəti sayəsində əldə edilib.
Yeni inkişaf konsepsiyasının prioriteti
Dövlətin yeni inkişaf strategiyasının prioritetlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Son illər ölkəmizdə həyata keçirilən kompleks islahatlar, bu sahəyə artırılan dövlət qayğısı, sahibkarlara və xarici investorlara yaradılan əlverişli şərait qeyri-neft sənayesinin davamlı inkişafına səbəb olub.
Modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan regionun sənaye mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, ölkədə son illər sənaye parkları və sənaye məhəllələrinin yaradılması iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin mühüm hissəsidir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və sənaye məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Bu cür sənaye komplekslərinin yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Yerli ehtiyatlardan istifadə etməklə
sənaye sahələrinin yaradılması
Qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir.
Hazırda ölkədə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Neftçala Sənaye Məhəlləsi fəaliyyət göstərir. Pirallahı, Qaradağ, Mingəçevir sənaye parklarında tamamlama işləri görülür. Masallı, Hacıqabul və Sabirabadda yeni sənaye məhəllələri tikilir. Bu il bir neçə sənaye kompleksinin açılışı gözlənilir.
Ümumiyyətlə, son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Fevralın 27-də Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışı da bunu bir daha təsdiq edir.
İldə 20 min ton müxtəlif
cür iplik istehsalı
2016-cı il sentyabrın 21-də təməli
qoyulmuş Mingəçevir
Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən
iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika
istehsalı üzrə
9 fabrikin yaradılması
qərara alınıb.
Sənaye parkında fəaliyyət
göstərəcək müəssisələrin
xammal təchizatının
davamlılığını və etibarlılığını
təmin etmək üçün ardıcıl
tədbirlər görülür.
Ümumi dəyəri 144 milyon manat olan “Mingəçevir
Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisənin yaradılmasına
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 10 milyon
manat güzəştli
kredit verilib. Bu da onu göstərir
ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır.
Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox, ötən il isə 15 milyard dollara yaxın sərmayə qoyulub.
Müasir texnologiyalar əsasında
yaradılmış fabriklər
Almaniya, İsveçrə,
İspaniya və Yaponiyanın aparıcı
şirkətlərinin avadanlığı
ilə təchiz edilib. Fabriklərdə pambıq
mahlıcından ildə
10 min tonu “Ring”, 10 min tonu
isə “Open End” üsulu
ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif
cür iplik istehsalı nəzərdə
tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester
iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən
köynək istehsal olunacaq. “Open End” üsulu ilə alınan iplik daha sərt olduğundan əsasən cins və digər
geyimlərin istehsalında
istifadə ediləcək.
Toxuculuq sənayesinin
inkişafı
Bu fabriklərdə
700-750 insan işlə
təmin edilib və çalışanların
böyük əksəriyyəti
qadınlardır. Bu cür
müəssisələrin istifadəyə
verilməsi ölkədə
toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli
və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır
məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə
əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması,
ixrac potensialının
artırılması, milli
tekstil brendlərin yaradılması, ixtisaslı
kadrların hazırlanması
və yeni iş yerlərinin açılması baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
Azərbaycanda fəaliyyət
göstərən iplik
fabriklərinin sayı
8 oldu
Mingəçevir Sənaye Parkının
ilk iki fabrikinin açılması dövlət-özəl
sektor tərəfdaşlığının
parlaq təzahürüdür. Çünki
dövlət özəl
sektorun inkişafı
üçün əlindən
gələni əsirgəmir,
sahibkarlara güzəştli
şərtlərlə kreditlər,
metodik tövsiyələr
verilir, iş yerlərinin yaradılması
istiqamətində böyük
işlər aparılır.
Eyni zamanda, dövlət sənaye parklarının
yaradılması ilə
özəl sektorun inkişafına şərait
yaradır.
Onu da vurğulayaq ki, Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət
göstərir. Bu iki
fabrikin istifadəyə
verilməsi ilə onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir.
Bu iki fabrikdə
isə 20 min ton iplik istehsal olunacaq. Yəni müasir fabriklərdə
əvvəlki dövrlərdə
istifadəyə verilmiş
fabriklərlə, demək
olar ki, eyni səviyyədə iplik istehsal olunacaq, həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.
Əlbəttə ki, bu hələ
başlanğıcdır. İki yeni
fabrikin işə düşməsi daha yeni müəssisələrin
yaradılmasına təkan
verəcək. Bu isə
o deməkdir ki, yaxın gələcəkdə
Mingəçevirdə minlərlə
yeni iş yeri açılacaq.
Əminliklə söyləmək olar ki, sənaye parklarının, məhəllələrinin
yaradılması ölkə
iqtisadiyyatının modernləşməsinə,
həmçinin innovativ
və elmtutumlu iqtisadiyyatın formalaşmasına,
investisiya mühitinin cəlbediciliyinin artmasına,
sahibkarlığın dəstəklənməsinə,
ölkənin ixrac qabiliyyətinin genişlənməsinə
töhfə verəcək. Çünki zamanın tələblərinə
uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət
proqramları, genişmiqyaslı
infrastruktur layihələri,
biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi
və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü
sənayenin formalaşdırılması
üçün əlverişli
şərait yaradır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.-2 mart.- S.1; 6.