“Meliorasiya və irriqasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 169; 2002, ¹ 5, maddə 237; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 202, ¹ 6, maddə 398; 2007, ¹ 11, maddə 1048; 2015, ¹ 10, maddə 1098; 2016, ¹ 11, maddə 1750; 2017, ¹ 5, maddə 683, ¹ 11, maddə 1950; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanunu) 25-ci maddəsinin ikinci və üçüncü hissələrində “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilsin və dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Sudan ödənişli istifadə qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral
2018-ci il
Azərbaycan.- 2018.- 3 mart.- S.2.