Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına yaxınlarına öz adımdan Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Dərin hüznlə,

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

Azərbaycan - 2018.- 3 mart.- S.1.