2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi təsdiq olunmuş Tural Feyruz oğlu
Abbaslının səlahiyyətli nümayəndəsinin qeydə
alınması haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 8/52
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının Prezidentliyinə
namizədliyi təsdiq
olunmuş Tural Feyruz oğlu Abbaslı səlahiyyətli
nümayəndə təyin
etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq
sənədləri Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxsin qeydə alınması üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci,
28.4-cü və 53-cü maddələrinə əsasən
qərara alır:
1.
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Şamil
Zahir oğlu Beydullayev Azərbaycan Respublikasının Prezidentliyinə
namizədliyi təsdiq
olunmuş Tural Feyruz oğlu Abbaslının səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.03.2018
Azərbaycan.- 2018.- 3 mart.- S.4.